Vitaminlər üzvi birləşmələr olub,hərfi mənasi latinca həyat amini demekdir. Vitaminlər insanlarin və heyvanların qidasının zəruri hissəsidir. Vitaminlər maddələr mübadiləsinin tənzimində iştirak edir. Hüceyrə qılafı və DNT səviyyəsində zədələnmələrin qarşısını alır. Bu birləşmələrin əksəriyyəti orqanizm tərəfindən sintez olunmadığı üçün qidanın tərkibində olmadıqda avitaminoz yaranır.
İmmunitet yaradır. Xroniki xəstəliyi olan və uzun müddət kimyəvi dərman istifadə edən xəstələrdə həmin preparatların orqanizmə verdiyi toksiki təsiri minimuma endirir. Həzm problemi olan insanlarda xəstəliklərin tez zamanda sağalmasına kömək edir. Mədə, bağırsaq, mədəaltı vəz sağlamlığı üçün önəmlidir. Sümükləri möhkəmləndirir. Əzələ qıcolmalarının qarşısını alır. Qandakı yağ balansını nizamlayır. (xolesterin balansı-LDL-yaxşı, HDL-pis (lipoprotein)) Damarları gücləndirir. Yaraların tez sağalmasını təmin edir. Ağız, dil, diş əti yaralarında regenerasiyaedici təsir göstərir. Dəri,dırnaq,saç üçün faydalıdır.Əsasən şəhər mühitində yaşayan insanların tez- tez qarşılaşdığı stress, yuxusuzluq və yorğunluq kimi problemlərin orqanizmdə yaratdığı patalogiyaların yüngülləşməsini təmin edir. Normal cinsi inkişafa dəstək olur.
avitaminoz - vitamin çatışmazlığı(olmaması) . hipovitaminoz - vitamin azalması .hipervitaminoz - vitaminin həddindən artıq olması
♦ Hər bir vitamin öz molekul quruluşuna uyğun hər hansı bir fermentin şəriki olaraq işləyir.
Avitaminoz zamanı orqanizm özünü neqativ şəkildə biruzə verir