C vitamini ilə ən zəngin qidalar - sitrus meyvələri, yaşıl bibər, çiyələk,itburnu, pomidor, brokoli, kartof , tünd yarpaqlı göyərti, qovun, papaya, manqo, qarpız,brüssel kələmi, gül kələm, kələm, moruq, qaragilə, qış balqabağı və ananas .
Vitamin C xüsusiyyətləri :güclü antioksidantdır, qan təzyiqini aşağı salmağa kömək edir, immunitet sistemini gücləndirir, dəmirin sorulmasını artırır, sağlam dəri və güclü saçlar üçün faydalıdır,yaraların tez sağalmasına kömək edir.
Avitaminozu nə zaman yaranır? : Qidada defisiti, MBT xəstəlikləri, antibiotikterapiya, vitamin ehtiyacının yüksəlməsi və ödənilməməsi ( zehni və fiziki iş), öd xəstəlikləri, stress, bədən tempraturunun artması
Defisit əlamətləri: İmmunitetin zəifləməsi, fiziki zəiflik, hipoksiya, depresiya və gərginlik, hemorragik diatezlər, kapilyar keçiriciliyin pozulması , dəri qurulugu və strukturunun pozulması , bədən tempraturunun azalması, skorbut xəstəliyi ( diş əti qanaması, dişlər arasındakı məsafənin artması,dişlərin laxlaması)