Xəstəliklərə və infeksiyalara səbəb olan bakteriyalardan fərqli olaraq, probiyotiklər orqanizmin, xüsusilə həzm və dərinin balanslı işləməsini təmin edən bakteriyalardır. Zərərli bakteriyaların xəstəliyə səbəb olmasının qarşısını almaqda böyük rol oynayan bu faydalı bakteriyalar orqanizmdə təbii olaraq mövcuddur.Insan bagirsaginda 100 trilyona qədər canli bakteriya var.Saglam bagirsaqda yararli və zərərli bakteriyalar bir-biri ilə balansli olur.Bagirsagimizdaki mikroorqanizmlər prebiotik ve probiotiklərdən ibarətdir.
Probiotik nədir?
Hüceyrələrdən başqa insan orqanizmində mikrobiom deyilən bir sistem də var. İnsan bədənindəki bütün bakteriya, virus və göbələklər bu sistemin bir hissəsini təşkil edir. Buna görə də hər bir insanın orqanizminin mikrobiomu fərqlidir. Mikrobiomda olan faydalı bakteriyalar insan orqanizmi üçün faydalı olan, daxili orqanlarda sağ qalan, istehlakı problem olmayan mikroorqanizmlərdir. Bu xassələrinə görə insan orqanizmində onların sayı nədənsə azaldıqda əlavələrlə əlavə edilə bilər.
Probiotik nə edir?
Probiotik nədir? yunan sozu olub yaşam üçün deməkdir.Onlar incə bağirsaq florasını tənzimləyir.Probiotik olaraq bilinən mikroorqanizmlər umumiyyetlə Lactobacillus,Streptococcus, Bifidobacterium E.coli,Enterococcus və gobələk qruplarindandir.
Probiyotiklərin Faydaları Nələrdir? : Orqanizmdə olduqları yerdən asılı olaraq probiyotiklər müxtəlif təsirlərə malik ola bilər. Hər bir bakteriya koloniyası yerləşdiyi sistemin tarazlığını qorumaqdan məsuldur. Həzmi yaxsilaşdırır. Allergiya mediatorlarinin inaktivləşdirir. (histamin, serotonin) Həzm fermentlərinin (kazein,fosfataza,lizosim).B qrupu vitaminləri, fol tursusu,k vitamini sintezində iştirak edir Bagirsaq divarinda iltihabi azaldır. Dəri problemlərini aradan qaldırır Patogen bakteriyaların sayını azaldır. Immuniteti gucləndirir. Bagirsaq divarinin funksiyasini yaxsilaşdırır. Yoğun bağırsağın Ph- nı normallaşdırır. Antikonserogen təsir edir . Xolesterinin səviyyəsini azaldır. Qanda NH3- ammonyakın səviyyəsini azaldır.
Bağırsaq mikroflorasının azalması -Disbakteeiozun səbəbləri:
Kəskin bağırsaq infeksiyaları Qeyri –rasional qidalanma Dərmanlardan sui istifadə. Xüsusilə antibiotikterapiya Keysəriyyə əməliyyatı ilə doğulan uşaqlar İmmun statusun pozulması. Tez – tez xəstələnmə halları Fiziki və kimyəvi faktorlar Stress İqlim və coğrafi şəraitin dəyişilməsi 1- cili və 2- cili fermentopatiyalar