Omega 3 - Doymamış yağ turşuları- EPA,DHA Əsasən balıq yağında ,qismən isə zeytun,qoz,badam, fındıq və s yağlarda olur.
Orqanizmdə sintez olunmur. Yalnız qida vasitəsilə orqanizmə daxil olur. Hüceyrələrin fosfolipid təbəqəsində yerləşir. Vacib funksiyaları yerinə yetirir
EPA – eykozapentayen turşusu -Xolesterin mübadiləsini tənzimləyir. Qan dövranını yaxşılaşdırır. Qan şəkərini tənzimləyir. Triqliseridlərin səviyyəsini azaldır. İdeal metabolizm üçün şərait yaradır.
DHA – dekozaheksayen turşusu - Sərbəst halda hüceyrə membranının vacib struktur komponentidir. Sinir – hüceyrə toxumalarına təsir edərək beynin inkişafında vacib rol oynayır. Bütün orqan və toxumaların transmembran ion kanallarını modifikasiya edir. Gözün ümümi yağ turşularının 15 % - ni, beynin isə 97 % - ni təşkil edir. Beyin , göz və immun sistemini qoruyub saxlayır. Antiallergikdir. Beyində BDNF- in təsirini gücləndirir. ( antidepressant faktor ). Xromosomların ucunda yerləşən telomer maddəsinin ölçüsü ilə tərs mütənasibdir. Pankreas hüceyrələrin tərkibinə daxildir.
OMEQA 3 yağ turşuları :
Koqnitiv inkişafı sürətləndirir - İntelektual səviyyəni yaxşılaşdırır, nitq və yaddaş pozğunluğunu aradan qaldırır,öyrənmə və yazma bacarığını yaxşılaşdırır. serotonuin və dofamin sintezinə təsir etməklə depresiyanı azaldır,Alzeymer və demans riskini azaldır.
Vizual inkişafı sürətləndirir. - Görmə itiliyini yaxşılaşdırır, yaşla əlaqədar gözdə yaranan degenerativ prosesləri və sarı ləkələrin yaranmasını ləngidir.
İltihabəleyhinə təsir göstərir.
Sümük toxumasına təsir edir.
Antiallergik təsir edir.
Kardiovaskulyar təsir edir.- Aterosklerozun yaranmasını ingibə edir,damar sağlamlığını qoruyur,ani ölümlərin baş vermə riskini azaldır.
Antioksidant təsir edir. İmmuniteti dəstəkləyir.
Reproduktiv sistemə təsir edir.-
Dermatotrop təsir edir.- Dərinin elastikliyini qoruyur
Balıq yağı kökəldirmi ?- Xeyir. Balıq yağı şəkərlərdən yağ əmələ gətirən fermentlərin işini ləngidir.